13.09.2021

Dünyada dəniz yükdaşımalarının həcmi 4,3 % artıb

2021-ci ilin əvvəlində dünyada dəniz yükdaşımalarının həcmi 4,3 % artaraq tarixi maksimumu yeniləyib.

"Report" bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Belə ki, hazırda yükdaşımaların həcmi 12 milyard tona çatır.

"Clarksons Research"ə görə, dəniz yükdaşımalarının həcmi 20-ci əsrin 90-cı illərindən sürətlə artmağa başlayıb və yalnız iki dəfə yükdaşımalarda kəskin eniş yaranıb. Bu, 2008-2009-cu illərdə qlobal maliyyə böhranı və 2019-cu ilin sonu- 2020-ci ilin koronavirus pandemiyası dönəminə təsadüf edir.

Bununla belə, COVID-19-un sürətlə yayılması fonunda lazımi məhsulların dəniz yolu ilə daşınması qiymətlərin yenidən artımına səbəb olub. Məsələn, Çindən Avropaya 40 metrlik bir konteynerin göndərilməsi hazırda əvvəlki illə müqayisədə 500 % artaraq, təxminən 14 287 ABŞ dollarına başa gəlir. Orta perspektivdə cari vəziyyətin dəyişməyəcəyi və yük daşımalarının artımının davam edəcəyi gözlənilir.

Qeyd edilir ki, bu rəqəm 2022-ci ilə qədər 12,4 milyard ton təşkil edəcək. Üstəlik, nəqliyyat xərclərinin artması da daşınan malların qiymətinə təsir göstərəcək.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır