12.04.2021

“ASCO Logistics” MMC “TransRussia-2021” sərgisində təmsil olunur

Rusiyanın paytaxtı Moskvada 25-ci “TransRussia-2021” Beynəlxalq Nəqliyyat-Logistika Xidmətləri, Anbar Avadanlığı və Texnologiyaları Sərgisi keçirilir.

Aprelin 14-dək davam edəcək sərgidə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tərkibinə daxil olan “ASCO Logistics” MMC də xüsusi stendlə təmsil olunur.

Dünyanın 23 ölkəsindən xeyli sayda ziyarətçinin qatıldığı sərginin başladığı ilk gündən “ASCO Logistics” MMC-nin stendi xüsusi marağa səbəb olub. Burada maraqlı şəxslər şirkətin göstərdiyi xidmətlər barədə məlumatlandırılır.  Ziyarətçilərə MMC-nin fəaliyyətini əks etdirən xüsusi çap məhsulları paylanılır.

Həmçinin, nümayəndələrimiz Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin, xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanları barədə ziyarətçilərə məlumat verirlər.  

Bununla belə, “ASCO Logistics”in nümayəndələri alternativ dəhlizlərlə daşınan yüklərin Azərbaycan üzərindən keçən dəhlizlərə cəlbi üçün sərgidə iştirak edən yük sahibləri ilə müzakirələr də aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır