11.09.2020

Yunanıstan gəmi daşımalarına görə dünya üzrə liderdir

Yunanıstan gəmi daşımalarına görə qlobal lider olaraq qalır.

“Seanews.az” xəbər verir ki, bu barədə Yunanıstan Gəmi Sahibləri Birliyinin illik hesabatında bildirilib.

2019-cu ilin nəticələrinə görə, beynəlxalq daşımaların 20,67%-i Yunanıstanın payına düşür. Bu göstərici Avropa üzrə isə  54,28% təşkil edir.

Hesabatda qeyd olunub ki, 2007-2019-cu illərdə Yunanıstan gəmi sahibləri donanmalarının daşıma qabiliyyətlərini iki dəfədən çox artırıblar.

Xatırladaq ki, yükdaşıma həcminə görə Yunanıstanı  Yaponiya, Çin, Sinqapur və Honk-Kong izləyir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır