08.07.2020

BTQ dəmir yolu xəttinin Gürcüstandan keçən hissəsində qoruyucu konstruksiya tikiləcək

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Gürcüstandan keçən Tsalka-Axalkalaki hissəsində qardan mühafizə üçün qoruyucu konstruksiya inşa olunacaq.

Bu barədə Gürcüstanın Nəqliyyat Dəhlizi Araşdırma Mərkəzi məlumat yayıb.

Bildirilir ki, qoruyucu konstruksiyanın tikintisi həmin zonadakı mürəkkəb iqlim şəraiti ilə əlaqədardır. Ümumi uzunluğu 2433 metr olacaq 4 qurğunun quraşdırılmasında əsas məqsəd qatarların fasiləsiz hərəkətinin təmin etməkdir. Müasir metal qurğular Gürcüstanda ilk dəfə tikiləcək. Konstruksiya Polşada istehsal olunur və istismar müddəti 100 ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır