03.03.2017

Kulevi limanı indiyədək 2 mindən çox gəmi qəbul edib

SOCAR-ın Gürcüstandakı aktivi olan Kulevi neft terminalının limanı indiyədək 2 mindən çox gəmi qəbul edib və yola salıb. Terminalın saytında yerləşdirilən məlumata görə, Kulevi limanı 2008-ci ilin mayında fəaliyyətə başlayıb. O vaxtdan indiyədək liman 2 mindən çox gəmini qəbul edib və yola salıb. Liman ilboyu fasiləsiz fəaliyyət göstərir. Kulevi limanının uğurlu fəaliyyət göstərməsində ən mühüm amillərdən biri qəbuledici kanalı və onun daxilində dərinliyin saxlanmasıdır. Limanın dibdərinləşdirmə işləri “Marian B” torpaqqazanı ilə həyata keçirilir. Qara Dəniz Terminalındakı idarəetmə mərkəzi  bu qurğunun texniki vəziyyətini daim izləyir. Qurğu müasir naviqasiya avadanlığı ilə təchiz edilib. Onun təmir-bərpa işləri vaxtında aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır