30.11.2021

“X-Press Feeders” 16 konteynerdaşıyan gəmi sifariş edib

“X-Press Feeders” şirkəti Çin tərsanələri ilə 1170 TEU tutumlu 16 konteynerdaşıyan gəminin tikintisi üçün müqavilələr imzalayıb.

“Seanews.az” xəbər verir ki, yeni gəmilər iki yanacaqla - həm ənənəvi yanacaqla, həm də yaşıl metanolla işləyə bilən müasir mühərriklərlə təchiz ediləcək.

Müqavilələrin şərtlərinə əsasən, “New Dayang Shipbuilding” və “Ningbo Xinle Shipbuilding Group” şirkətlərinin hər biri 8 gəmi inşa edəcək.

Amerika və Avropa xətlərində işləyəcək ilk gəmilərin 2023-cü ilin dördüncü rübündə, qalanlarının isə 2024-cü ilin sonunda təhvil verilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır