30.11.2021

“Şəki” gəmi-bərəsi əsaslı təmirdən sonra istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şəki” gəmi-bərəsi “Zığ” Gəmi Təmir və Tikintisi Zavodunda əsaslı təmir olunub.

Təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.

Belə ki, gəmi-bərənin baş mühərrikləri təmir olunub, üç ədəd köməkçi mühərriki yenisi ilə əvəzlənib. Gəmi üzrə gövdə-qaynaq, boru, elektrik-quraşdırma və avtomatika işləri yerinə yetirilib. Həmçinin, gəmi  mexanizimlərinin (nasosların, separator, kompressor)  təmiri aparılıb.

Eyni zamanda “Şəki” gəmisinin sualtı və suüstü hissəsi, baş göyərtəsi, maşın şöbəsi və üst qurumu təmizlənərək rənglənib, heyətin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.

Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb.

Qeyd edək ki, uzunluğu 154,47 metr, eni 18,3 metr olan gəmi-bərə ən müasir naviqasiya sisteminə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır