22.04.2021

Kosmik uçuşları izləyən “Yuanvan-5” gəmisi Sakit okeana yola düşüb

Kosmik uçuşları izləyən “Yuanvan-5” gəmisi artıq Şərqi Çinin Tszyansu əyalətindəki limandan səfərə çıxıb.

"Seanews.az" xəbər verir ki, gəmi Sakit okeanda dənizdən nəzarət missiyasını həyata keçirəcək. 

Yola düşməzdən əvvəl heyət üzvləri gəminin avadanlığını nəzərdən keçirib və missiyanın yerinə yetirilməsi üçün lazımi ehtiyatı toplayıblar.

3-cü nəsil “Yuanvan-5” kosmik nəzarət gəmisi indiyədək 73 missiya həyata keçirib.    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır