01.04.2021

Ceyhan terminalından bu il 70 tanker yola salınıb

Bu il (aprelin 1-nə olan məlumata görə) Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 50,93 mln. barelə yaxın neft yola salınıb.

Bu barədə "APA-Economics"ə BIL-dən bildirilib.

Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından hasil edilən və digər ölkələrinin nefti nəql edilir.

Məlumata əsasən, bu il terminalda 70 tanker yüklənilərək yola salınıb. Ceyhan neft terminalından bu günədək 3,62 mlrd. bareldən artıq neft yola salınıb və 4 729 tanker yüklənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır