13.03.2021

“Atamoğlan Kərimov” gəmisi təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının  “Atamoğlan Kərimov”   kran gəmisi təmir edilib.

“Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir müddətində gəminin baş mühərrikləri sazlanıb. Nasoslarda, boru sistemlərində, ballast-qurutma sistemlərinin idarəetmə klapanlarında, xilasedici qayıqlarda, mexanizm və elektrik avadanlıqlarının avtomatik idarəetmə sistemlərində cari təmir işləri görülüb.

Gəmi tərsanəyə qaldırılıb, sualtı hissə və suüstü hissə təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü hissəsində zədələmnmiş sahələr dəyişdirilib. Bundan başqa, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir olunub.

Təmirdən sonra “Atamoğlan Kərimov”  kran gəmisi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi istismara qaytarılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır