16.02.2021

ASCO-da koronavirusla mübarizə çərçivəsində dezinfeksiya işləri davam edir

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Akademik Zərifə Əliyeva”, “Cəlil Məmmədquluzadə”, “Cəfər Cabbarlı”, “PS-173”, “PSK-31”, “PSK-40”, “Vasif Hüseynov”, “Socar-1”, “Abşeronskaya-6”, “General Əsədov” gəmilərində, eləcə də Pirallahı, Damba və Şimal körpülərinin sahil ərazilərində, yaşayış yerlərində, giriş-çıxış və inzibati ərazilərdə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun paltardəyişmə otaqlarında və yeməkxanasında aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır