07.12.2020

ASCO gəmiləri mütəmadi dezinfeksiya olunur

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Qaradağ”, “Naxçıvan”, “Ağdam”, “Şəki”, “Zəfər”, “Om”, “Xəzər-3”, “Üfüq”, “SLV-370”, “Sabit Orucov”, “General Əsədov”, “Şahdağ”, “General Əsədov”, “Om”, “Akademik Topçubaşov” gəmilərində, Dəniz Nəqliyatı Donanmasının və Xəzər Dəniz Neft Donanmasının yeməkxanalarında, eləcə də paltardəyişmə otaqlarında aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır